“Meydana çıxanda nələr edəcəyimi görəcəksiz” – Ronaldo

“Mançester Yunayted”in yeni transferi Kriştiano Ronaldo açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu, “qırmızı şeytanlar”a tarix yazmaq üçün gəldiyini deyib:

“12 il sonra evimə qayıtdığım üçün çox xoşbəxtəm. İlk oyunuma çıxmaq üçün səbirsizlənirəm. “Mançester Yunayted”lə ilk dəfə müqavilə imzalayanda da, indi də əsas rol sahibi Aleks Ferqyusondur. O, mənim üçün ata kimidir.

“Mançester Yunayted”ə qayıtmaq düzgün qərardır. Yenidən evimdəyəm. Meydana çıxanda nələr edəcəyimi görəcəksiz. Yeni uğurlar qazanmaq, tarix yazmaq istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button