“Mançester Yunayted”in hücumçusu millidən kənarlaşdırıldı

Fransa millisinin AÇ-2020-nin seçmə mərhələsində Moldova və İslandiya ilə qarşılaşacağı oyunlar üçün açıqlanan heyətində dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu Antoni Marsial yığmanın heyətindən çıxarılıb. Bu barədə Fransa millisinin rəsmi “tvitter” hesabı məlumat yayıb.

Marsial “Mançester Yunayted”in İngiltərə Federasiya kubokunda “Vulverhempton”a məğlub olduğu (1:2) matçda zədələndiyi üçün yığmanın heyətindən çıxarılıb. Millinin baş məşqçisi Didye Deşam, Marsialın əvəzinə “Atletiko”dan Tomas Lemarı yığmaya dəvət edib.

Fransa millisi AÇ-2020-nin seçmə mərhələsində martın 22-də Moldova, 25-də isə İslandiya ilə qaşılaşacaq.