
Tçuameni daha az maaşa razı olmalıdır – İngiltərə klubuna keçmək üçün
“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni “Mançester Yunayted”in transfer hədəfinə çevrilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” fransalı futbolçunu orta xətti gücləndirmək üçün ideal namizəd hesab edir. Ancaq İngiltərə təmsilçisinin rəhbərliyi artıq Tçuameninin ətrafına onun hazırkı maaşını ödəyə bilməyəcəklərini çatdırıb.
Xəbərdə qeyd olunur ki, transferin baş tutması üçün 26 yaşlı yarımmüdafiəçi maaşında güzəştə getməlidir.
Bununla yanaşı, “Mançester Yunayted” hələlik “Real”dan Tçuameni ilə rəsmi danışıqlara başlamaq üçün icazə almayıb. Mançester klubu ilk növbədə Madrid təmsilçisinin futbolçunu satmağa açıq olub-olmadığını dəqiqləşdirməlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



