“Mançester Yunayetd”in Çempionlar Liqası zonasına düşmə ehtimalı – 21,7 faiz

“Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində dördüncü pilləyə yüksəlib.

“Qırmızı şeytanlar” bunu komandanın “sükanı arxasına” Maykl Karrikin keçməsindən sonra keçirdiyi ilk iki oyunda qələbə qazanmaqla bacarıb. Mançester təmsilçisi ən çətin rəqiblərini – “Mançester Siti”ni (2:0) və “Arsenal”ı (3:2) məğlub edərək diqqət mərkəzinə düşüb.

Komanda.az “Opta” statistik platformasının superkompüterinin hesablamalarına istinadən xəbər verir ki, “Mançester Yunayted”in mövsümün sonunda UEFA Çempionlar Liqası zonasına düşmə ehtimalı hazırda 21,7 faiz təşkil edir.

Bu göstərici hələlik “Çelsi” və “Liverpul”dan aşağıdır. Həmçinin, “Aston Villa”, “Mançester Siti” və “Arsenal” xallar baxımından xeyli öndədir.

Karrikin komandası Premyer Liqanın 24-cü turunda doğma meydanda “Fulhem”i qəbul edəcək. Qarşılaşma fevralın 1-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button