
“Mançester Yunayted”in əsas hədəflərindən biri odur
“Mançester Yunayted” “Bornmut”un yarımmüdafiəçisi Aleks Slottla maraqlanır.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu “qırmızı şeytanlar”ın yay transfer dövründə orta xəttini gücləndirmək üçün nəzərdən keçirdiyi əsas namizədlərdən biridir.
“Bornmut” rəhbərliyi ingilis oyunçusu ilə yeni müqavilə imzalamağı planlaşdırır və anlaşmaya təxminən 89 milyon avro dəyərində sərbəstqalma bəndi əlavə oluna bilər. Ancaq potensial alıcılar bu yay transferin 71 milyon avro civarında reallaşa biləcəyini düşünür.
Bununla belə, klub oyunçunu satmaq niyyətində olmadığını bildirir. Skott ötən mövsüm Premyer Liqada 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Mançester Yunayted” yalnız Skottla deyil, həm də Elliot Anderson (“Nottingem Forest”), Karlos Baleba (“Brayton”), Sandro Tonali (“Nyukasl”) və Adam Uorton (“Kristal Pelas”) kimi futbolçularla da maraqlanır.
Bizi Facebook-da izləyin



