
“Mançester Yunayted”də ciddi itki
“Mançester Yunayted”in yarımmüdafiəçisi Patrik Dorqu zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, danimarkalı futbolçu budun arxa əzələsindən aldığı zədə üzündən təxminən 10 həftə oynaya bilməyəcək.
Dorqu bazar günü “Arsenal”a qarşı keçirilən oyunda (3:2) uzaq məsafədən baxımlı qolla komandasını hesabda önə çıxarıb. Ancaq qısa müddət sonra zədə səbəbindən əvəzlənib. Epizod zamanı futbolçu sıçrayan topa çatmağa çalışarkən tarazlığını itirib və yerə yıxıldıqdan sonra arxa bud nahiyəsində ağrı hiss edib. Onu Benjamin Şeşko əvəzləyib.
Tibbi müayinələr Dorqunun zədəsinin ilkin ehtimallardan daha ciddi olduğunu göstərib. Klub əvvəlcə problemin sadəcə qıcolma olduğunu düşünürdü.
Bərpa prosesi plan üzrə getsə, 21 yaşlı müdafiəçi aprelin əvvəlində komandaya qayıda bilər. Onun 11 aprel tarixində “Old Trafford”da keçiriləcək “Lids”lə oyuna qədər sağalmaq ehtimalı da istisna edilmir.
Bu zədə “Mançester Yunayted” üçün mövsümün həlledici mərhələsində ciddi problem kimi qiymətləndirilir.
Bizi Facebook-da izləyin



