
“Mançester Yunayted”dən “Beşiktaş”ın futbolçusuna təklif
“Beşiktaş”ın yarımmüdafiəçisi Vilfred Ndidi İngiltərə Premyer Liqasına keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu ilə “Mançester Yunayted” maraqlanır.
“Qırmızı şeytanlar” artıq Ndidiyə əməkdaşlıq təklifini təqdim ediblər. Ancaq maliyyə detalları hələ açıqlanmayıb.
29 yaşlı futbolçu cari mövsümdə “Beşiktaş”ın heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



