
MY tələsmir – Portuqaliyalı futbolçuya görə
“Mançester Yunayted” “Vest Hem”in yarımmüdafiəçisi Mateuş Fernandeslə bağlı danışıqları davam etdirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında aparılan müzakirələr müsbət istiqamətdə gedir. 21 yaşlı futbolçunun özü də “qırmızı şeytanlar”a keçməkdə çox maraqlıdır.
“Vest Hem” oyunçusunu təxminən 98,6 milyon avro dəyərində qiymətləndirir, tam olaraq isə bu transferdən 116 milyon avro qazanmaq istəyir. Buna baxmayaraq, “Mançester Yunayted” daha aşağı qiymətə razılaşmaq üçün danışıqları diqqətlə aparır və tələsmir.
Portuqaliyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 42 oyunda meydana çıxıb, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



