MY Sanço üçün istənilən təklifə hazırdır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Ceydon Sanço qışda klubu tərk edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Sançonun “qırmızı şeytanlar”da çıxışı bitdiyi üçün klub 23 yaşlı ingilis futbolçuya görə istənilən təklifə hazırdır.

Sentyabrın 14-də “Mançester Yunayted” baş məşqçi Erik ten Haqla münaqişədən sonra Sançonun əsas komanda ilə məşqlərini dayandırdığını elan edib. Baş məşqçinin yalnız Sançonun ondan və komandadan üzr istəməsi şərti ilə futbolçunu bazaya qaytarmağa hazır olduğu bildirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button