Pulişiç “Çelsi”dən getmək istəyir – “Müştəri”si də var

“Mançester Yunayted” “Çelsi”nin hücumçusu Kristian Pulişiçlə maraqlanır.

Komanda.az “The Athletic”ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Çelsi”də az şans qazanmasından narazı olan və DÇ-2022-yə qədər daha çox oyun təcrübəsi əldə etmək istəyən 23 yaşlı amerikalı üçün icarə variantını nəzərdən keçirir.

“Nyukasl”, “Yuventus” və “Atletiko” da futbolçu ilə maraqlanır, lakin bu klublar oyunçunu icarəyə götürmək yox, birdəfəlik almaq istəyir. “Çelsi” Pulisiçi satmaq istəmir, amma onu başqa kluba icarəyə vermək variantlarını nəzərdən keçirməyə hazırdır. Futbolçunun özü də “Mançester Yunayted”ə keçmək variantına razıdır.

Pulişiç 2022/23 mövsümündə “Çelsi”nin heyətində 2 matçda iştirak edib, qol vurmayıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button