“Arsenal”la oyundan əvvəl MY-də itkilər

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 7-ci turunda “Arsenal”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” bu qarşılaşmada Fil Consun köməyindən istifadə edə bilməyəcək. Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer klubun saytına açıqlamasında deyib. O, Consun zədə səbəbindən “Arsenal”la görüşü buraxmalı olacağını deyib.

Sulşer, Pol Poqba, Antonio Marsial və Markus Reşfordun da durumunun şübhəli olduğunu bildirib.

“Mançester Yunayted” – “Arsenal” görüşü sentyabrın 30-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button