“Mançester Yunayted”in yeni sahibi 19 yaşlı portuqaliyalı futbolçunu istəyir

“Mançester Yunayted” bu yay yarımmüdafiəçi Joao Nevesi transfer etmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

19 yaşlı portuqaliyalının transferində klubun yeni sahibi Cim Ratkliff maraqlıdır. Müqavilənin dəyəri 100 milyon funt sterlinqdən çox ola bilər.

Neves “Benfika”nın məzunudur. O, 2023/24 mövsümündə “Benfika”nın heyətində bütün yarışlarda 43 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button