“Mançester Siti”nin sahibləri 12-ci klubu alır

“Mançester Siti”nin sahibi olan “City Football Group” Braziliyanın “Bahia” klubunu alacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun sahibləri artıq qarşı tərəflə razılığa gəliblər. Müqavilə bir neçə gün ərzində rəsmiləşəcək.

“Bahia” “Mançester Siti”, “Jirona” (İspaniya), “Palermo” (İtaliya), “Lommel” (Belçika), “Nyu-York Siti” (ABŞ), “Melburn Siti” (Avstraliya), “Montevideo Siti” (Uruqvay) kimi klubların daxil olduğu siyahıda holdinqin 12-ci komandası olacaq.

“Bahia” hazırda Braziliyanın ikinci divizionunda çıxış edir və turnir cədvəlində ikincidir.

Bizi Telegramda izləyin