“Liverpul”a çatmaq çox çətindir” – Aquero

“Mançester Siti”nin futbolçusu Serxio Aquero Premyer Liqanın 20-ci turunda “Şeffild Yunayted”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, BBC-yə danışan argentinalı hücumçu 2:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Qalib gəlmək məcburiyyətində idik. 3 xal qazandığımız üçün sevincliyəm. “Liverpul”a çatmaq çox çətindir. Ancaq bütün diqqətimizi qələbələrə verməliyik. Çünki yeni mövsümdə də Çempionlar Liqasında olmalıyıq”.

“Mançester Siti” Premyer Liqada lider “Liverpul”dan 14 xal geridədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button