İngiltərə Premyer Liqasında ilin ən yaxşı futbolçusu məlum oldu

“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne İngiltərə Premyer Liqasında ilin futbolçusu seçilib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi Peşəkar Futbolçular Assosiasiyasının sorğusu nəticəsində qalib olub.

Sorğuda 515 futbolçu və 24 futbol eksperti iştirak edib. De Bruyne 45 faiz səslə ən yaxşı futbolçu seçilib. 2-ci və 3-cü sırada “Liverpul”un üzvləri yer alıb. Cordan Henderson 27 faizlə 2-ci, Sadio Mane isə 11 faizlə 3-cü olub.