Qvardiola: “Getmək istəyənə qapımız açıqdır”

“Mançester Siti”nin futbolçusu Bernardo Silva klubu tərk etmək niyyətindədir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola yerli mətbuata açıqlamasında deyib. O, portuqaliyalı yarımmüdafiəçinin klubu tərk etmək istədiyini bildirib:

“Bernardo bizim futbolçumuzdur, ancaq ayrılmaq istəyir. Təkcə o deyil, daha 3-4 futbolçu getmək fikrindədir. Müqaviləli oyunçularımızdır, yaxşı təkliflə gəlsələr, müzakirə edə bilərik. Biz danışıqlara hazırıq. Getmək istəyənə qapımız açıqdır. Ancaq təklifləri olmazsa, bizimlə işləməyə məcburdurlar. Mən komandamda xoşbəxt olmayan bir futbolçunu istəmirəm”.

Bernardo əsas heyət üzvü olacağı bir komandada çıxış etmək istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button