Qvardiola kimin haqqında danışmaq istəmədi?

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola gündəmlərində yer alan “Tottenhem”li Harri Keynlə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, ingilis hücumçunun transferi haqda verilən suala belə cavab verib:

“Bu sualı əvvəlcə cavablandırmışam. O, “Tottenhem”in futbolçusudur və onun haqda danışmaq istəmirəm”.

Qvardiola daha əvvəl Keynlə maraqlandıqlarını, ancaq bütün məsələnin “Tottenhem”ə bağlı olduğunu demişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button