“Messini 90 dəqiqə nəzarətdə saxlamaq mümkünsüzdür”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında PSJ-yə məğlub olduqları oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Qvardiola, 0:2 hesabıyla bitən matçla bağlı danışarkən PSJ-nin hücumçusu Lionel Messi haqda da fikirlərini söyləyib:

“Messini 90 dəqiqə nəzarətdə saxlamaq mümkünsüzdür. Ona uğurlar arzu edirəm. Parisdə xoşbəxtdirsə, mən də onun adına sevinərəm. Bir neçə səbəbə görə Parisə getmək istədi. Onun üçün hər şeyin ən yaxşısını arzulayıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button