“Bunu bilirdik, ancaq onları məğlub etdik” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 13-cü turunda “Çelsi”ni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 2:1 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Çelsi” möhtəşəm komandadır. Bunu bilirdik, ancaq onları məğlub etdik. Yüksək səviyyəli oyun oldu. Müdafiədə yaxşı oyun sərgilədik.

“Çelsi” gənc baş məşqçi və futbolçulara sahib komandadır. İtirəcək heç nələri yoxdur. Meydanda futbolun belə yaxşı olmasının səbəbi bu idi”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button