Qvardiola Ferqyusonu geridə qoydu

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında 150-ci qələbəsini qazanıb.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, ispan mütəxəssis bu göstəriciyə “Aston Villa” ilə səfər oyununda (4:1) nail olub. Bu, Qvardiolanın “şəhərlilər”lə çempionatdakı 150-ci qələbəsi olub.

Xosep Qvardiola bu qələbə sayına 204 oyunda çatıb. O, bu göstəricidə “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyusonu geridə qoyub. Ferqyuson 150 qələbəyə 247 matçda nail olmuşdu.