Sterlinqlə bağlı son qərar

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola hücumçu Rahim Sterlinqin komandada qalmasını istəyir.

Komanda.az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb. Qvardiola rəhbərliyə Sterlinqin onun planlarında yer aldığını və komandada qalmalı olduğu söyləyib.

“Mançester Siti” ingilis hücumçu üçün gələcək təklifləri dəyərləndirməyəcək.

Sterlinq bir müddət əvvəl verdiyi açıqlamada özünü başqa bir ölkədə sınamaq istədiyini söyləmişdi.