“Mançester Siti” Mareska ilə 3 illik müqavilə bağlayacaq

“Çelsi”nin sabiq baş məşqçisi Enzo Mareska “Mançester Siti” ilə müddəti 3 il olan müqaviləyə imza atacaq.

İtaliyalı mütəxəssis “şəhərlilər”in yeni baş məşqçisi olacaq. Razılaşmanın 2029-cu ilin iyununa qədər qüvvədə olacağı bildirilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 46 yaşlı çalışdırıcı klubun transfer strategiyasında da tam şəkildə iştirak edəcək və heyətin formalaşdırılmasında əsas söz sahiblərindən biri olacaq.

“Mançester Siti” mayın 22-də uzun illər baş məşqçisi olmuş Pep Qvardiola ilə yollarını ayırdığını açıqlamışdı. İspaniyalı mütəxəssis 2016-cı ildən komandaya rəhbərlik edirdi və klubla 20 kubok qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button