“Mançester Siti”dən daha yaxşı oynadıq” – Son

“Tottenhem”in futbolçusu Son Hın Min, Çempionlar Liqasının 1/4 final mərhələsində “Mançester Siti”ni məğlub etdikləri ilk matçdan (1:0) sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisinin yeganə qoluna imza atan Son, qələbəyə layiq olduqlarını deyib:

“Heç vaxt təslim olmayan, 90 dəqiqə meydanda mübarizə aparan komandayıq. Qələbəyə layiq idik. “Mançester Siti”dən daha yaxşı oynadıq.

Yeni stadionumuzu çox sevdim. Burda oynamaq çox gözəldir. Bu imkanı qazandığım üçün minnətdaram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button