“Mançester Siti”dən “Udineze”yə

İtaliyanın “Udineze” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Mançester Siti”nin yarımmüdafiəçisi Cayden Jezayro Braafı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı vinger mövsümün sonuna kimi icarəyə götürülüb.

Niderlanddan olan Surinam əsilli Braaf, “Mançester Siti”yə 2018-ci ildə PSV-dən transfer edilib. Onun İngiltərə nəhəngi ilə 2023-cü ilin yayına kimi müqaviləsi var.

“Udineze” mövsümün əvvəlində İngiltərənin “Uotford” klubundan icarəyə götürdüyü Jerar Deulofeunun da transfer hüquqlarını alıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı ispan forvardla 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

“Barselona”nın yetirməsi olan Deulofeu, karyerası ərzində “Everton”, “Sevilya”, “Milan” kimi klubların da formasını geyinib.

“Udineze” bu mövsümün əvvəlində “Yuventus”dan icarəyə götürdüyü Rolando Mandraqora ilə də yollarını ayırıb. Buna onun karyerasını fərqli klubda davam etdirmək istəməsi səbəb olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button