“Mançester Siti”dən darmadağın

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü turun bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, təqvimin önə çəkilmiş oyununda “Mançester Siti” doğma meydanda “Sauthempton”la münasibətlərinə aydınlıq gətirib.

Qarşılaşma kifayət qədər məhsuldar alınıb. Belə ki, “şəhərlilər” 7 qolun qeydə alındığı bu oyunda darmadağına seviniblər.

Bu qələbə sayəsində xal hesabını 68-ə çatdıran “Mançester Siti” zirvədəki mövqeyini daha da möhkəmləndirib. “Sauthempton” isə 33 xalla 14-cü sırada qərarlaşıb.

İngiltərə Premyer Liqası
33-cü turun oyunu

10 mart

Mançester Siti – Sauthempton 5:2
Qol
: De Breyne, 15; 59. Mahrez, 40; 55. İ.Gündoğan, 45+3 – Uord-Prouz, 25-pen. Adams, 56.