
“Mançester Siti” yeni baş məşqçi üçün böyük büdcə ayıracaq
“Mançester Siti”də yeni dövr başlayır. Mövsümün sonunda komandadan ayrılması gözlənilən baş məşqçi Pep Qvardiolanın yerinə əsas namizəd kimi Enzo Mareska seçilib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub və italiyalı mütəxəssis “şəhərlilər”in yeni baş məşqçisi olmağa yaxındır.
Xəbərdə bildirilir ki, klub rəhbərliyi yay transfer pəncərəsində Mareskaya təxminən 200 milyon funt-sterlinq büdcə ayırmağa hazırdır. “Mançester Siti”nin əsas transfer hədəfləri sırasında Elliot Anderson (“Nottingem Forest”), Maykl Kayode (“Brentford”) və Eli Junior Krupi (“Bornmut”) yer alır.
Mareska daha əvvəl “Mançester Siti”də Qvardiolanın köməkçisi kimi çalışıb. O, bu ilin yanvarında “Çelsi”nin baş məşqçi postundan ayrılıb və hazırda işsizdir.
Bizi Facebook-da izləyin



