“Mançester Siti” yeni baş məşqçi ilə 3 illik müqaviləyə razılaşıb

“Mançester Siti” yeni baş məşqçi ilə bağlı qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” “Çelsi”nin sabiq baş məşqçisi Enzo Mareska ilə aparılan danışıqları uğurla yekunlaşdırıb və tərəflər müqavilə üzrə razılığa gəliblər. Yeni sözləşmənin üç il müddətinə nəzərdə tutulduğu bildirilir. İtaliyalı mütəxəssis Pep Qvardiolanin yerinə keçəcək. İspaniyalı çalışdırıcının 2025/26 mövsümünün sonunda klubdan ayrılacağı iddia olunur.

Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır və bu dövrdə komanda onun rəhbərliyi altında 6 dəfə Premyer Liqa çempionu olub, həmçinin, UEFA Çempionlar Liqasını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button