İddia: Mareska “Mançester Siti”nin baş məşqçisi ola bilər

“Mançester Siti” baş məşqçi postu üçün namizədləri nəzərdən keçirir. Hazırkı çalışdırıcı Pep Qvardiolanın mövsümün sonunda klubu tərk edə biləcəyi deyilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı tanınmış insayder Fabrizio Romano yayıb.

Onun sözlərinə görə, “şəhərlilər”in əsas namizədi Enzo Mareskadır:

“Bu, hələ də Enzo Mareskadır. O, hazırda azaddır. “Şəhərlilər” uzun müddətdir ki, ona maraq göstərir, Qvardiola isə onun istedadının pərəstişkarıdır. Mareska artıq klubda işləyib, Premyer Liqa təcrübəsi və titulları var. “Mançester Siti” onun bacarığına çox yaxşı bələddir”.

Mareska daha əvvəl “Çelsi”nin baş məşqçisi olub.

“Mançester Siti” hazırda Premyer Liqada turnir cədvəlinin 2-ci pillsində qərarlaşıb. Komanda lider “Arsenal”dan 6 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button