
“Mançester Siti” Rodri ilə bağlı tələsmir
“Mançester Siti” ilə yarımmüdafiəçi Rodri Hernandes arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar dayandırılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” bir neçə ay əvvəl ispaniyalı futbolçuya yeni müqavilə təklif etsə də, tərəflər hələlik razılığa gələ bilməyiblər. Hazırda danışıqlar dayandırılıb. Bununla belə, yarımmüdafiəçinin mövcud müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər qüvvədə olduğu üçün tərəflər qərar üçün vaxt baxımından tələsmir.
Rodri 2019-cu ildən “Mançester Siti”də çıxış edir. O, 2025/26 mövsümündə bütün yarışlarda 33 oyunda meydana çıxıb və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



