
Yeni müqavilə bağlayacaq, maaşı artırılacaq
“Mançester Siti”nin vingeri Ceremi Doku klubla yeni müqavilə imzalamağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında razılıq əldə olunmaq üzrədir. Yeni müqavilənin müddətinin 2031-ci ilə qədər qüvvədə olması və futbolçunun maaşının artırılması nəzərdə tutulur.
Doku 2025/26 mövsümündə bütün turnirlərdə 47 oyuna çıxıb, 8 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



