MS portuqaliyalı futbolçunun transferini başa çatdırmaq istəyir

“Mançester Siti”nin rəhbərliyi “Vest Hem”in yarımmüdafiəçisi Mateuş Fernandesin transferini başa çatdırmaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” portuqaliyalı futbolçunu komandadan ayrılmaq ehtimalı olan Bruno Fernandesin mümkün əvəzləyicisi kimi görür.

Rəhbərlik hesab edir ki, Fernandes yarımmüdafiə xəttini gücləndirə və komandanın oyununa yeni dinamika qata bilər. 24 yaşlı futbolçunun “Vest Hem”lə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

“Vest Hem” bu gün Premyer Liqanın növbəti matçında “Mançester Siti”ni qəbul edəcək. Bu, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiolaya komandanın potensial yeni transferini şəxsən qiymətləndirməyə imkan verəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button