İspan futbolçu Alonsonun komandasına keçə bilər

“Mançester Siti”nin yarımmüdafiəçisi Niko Qonsales bu yay klubunu dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi”nin yeni baş məşqçisi Xabi Alonso taktiki sxemində daha dərin mərkəz yarımmüdafiəsindən istifadə etmək qərarına gələrsə, ispaniyalı futbolçunun transferini düşünə bilər.

Qonsales 2025-ci ildə 60 milyon avroya “Portu”dan “Mançester Siti”yə keçib. Onun “şəhərlilər”lə hazırkı müqaviləsinin müddəti 30 iyun 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button