“Mançester Siti” ona tezliklə yeni müqavilə təklif edəcək

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva tezliklə klubu ilə yeni müqavilə imzalayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yaxın vaxtlarda “Mançester Siti” Silvaya yeni müqavilə təklif edəcək. Müqavilə məsələsində portuqaliyalı futbolçunun fikri önəmli olacaq, amma klubun mövqeyi güclü və konkretdir.

Daha əvvəl bildirilmişdi ki, “Barselona” “Mançester Siti”yə Silvanı bir ildən sonra məcburi satın alma variantı ilə icarəyə verməyi təklif edib.

Silvanın “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button