“Mançester Yunayted”dən darmadağın

Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun ilk oyununda “Liverpul” səfərdə “Nyukasl”ın qonağı olub və minimal hesabla qalib gəlib.

Lider “Mançester Siti” isə bu turda səfərdə “Lids”lə qarşılaşıb və darmadağına sevinib.

Bazar günü daha üç qarşılaşma baş tutub. Səfərdə “Everton”la qarşılaşan “Çelsi” turu məğlubiyyətlə başa vurub. Londonun digər təmsilçisi “Tottenhem” doğma meydanda “Lester Siti” üzərində inamlı qələbəyə sevinib. Daha bir paytaxt klubu – “Arsenal” isə “Vest Hem”lə səfər oyunundan qələbə ilə ayrılıb.

Turun qapanış matçında “Mançester Yunayted” evdə “Brentford”u qəbul edib və darmadağınla yola salıb.

İngiltərə Premyer Liqası, 35-ci tur

30 aprel

Nyukasl – Liverpul 0:1
Qol
: N.Keyta, 19.

Aston Villa – Norviç 2:0
Qol
: Uotkins, 41. İnqs, 90+3.

Vulverhempton – Brayton 0:3
Qol
: Makallister, 42. Trossard, 70. Bissuma, 86.

Sauthempton – Kristal Palas 1:2
Qol
: Romeu, 9 – Eze, 60. Zaha, 90+2.

Uotford – Bernli 1:2
Qol
: Tarkovski, 8-öz qapısına – Kork, 83. Braunvill, 86.

Lids – Mançester Siti 0:4
Qol
: Rodri, 13. Ake, 54. Q.Jezus, 78. Fernandinyo, 90+3.

1 may

Tottenhem – Lester 3:1
Qol
: Keyn, 22. Son, 60; 79 – İheanaço, 90+1.

Everton – Çelsi 1:0
Qol
: Riçarlison, 46.

Vest Hem – Arsenal 1:2
Qol
: Bouen, 45 – Holdinq, 38. Qabriel, 54.

2 may

Mançester Yunayted – Brentford 3:0
Qol
: B.Fernandes, 9. Ronaldo, 61. Varan, 72.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 22 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button