
“Mançester Siti” Bundesliqanın ən yaxşı gənc oyunçusu ilə maraqlanır
“Leyptsiq”in gənc vingeri Yan Diomande yay transfer dövrünün ən çox diqqət çəkən adlarından birinə çevrilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu “Mançester Siti”nin əsas transfer hədəflərindən biridir. Bildirilir ki, İngiltərə klubunun yeni baş məşqçisi Enzo Mareska Fil Dişi Sahilindən olan oyunçunun keyfiyyətlərini yüksək qiymətləndirir və onun transferində maraqlıdır.
Daha əvvəl Diomandenin xidmətində “Liverpul” və PSJ-nin də maraqlı olduğu xəbər verilmişdi. Ancaq son məlumata əsasən, vinger hazırda yalnız İngiltərə Premyer Liqasından gələn təklifləri nəzərdən keçirir.
Futbolçu ötən mövsümdə bütün turnirlər daxil olmaqla 36 oyunda meydana çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə verib. O, uğurlu çıxışı sayəsində Bundesliqada mövsümün ən yaxşı gənc oyunçusu seçilib. “Transfermarkt” portalı Diomandenin dəyərini 90 milyon avro olaraq qiymətləndirir.
Bizi Facebook-da izləyin



