
Malinovski Türkiyə klubunda
“Cenoa”dan ayrılan Ruslan Malinovskinin “Trabzonspor”a keçidi tamamlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Super Liqa nəhəngi 31 yaşlı ukraynalı yarımmüdafiəçi lə 2029-cu ilin yayına kimi olan müqavilə imzalayıb.
Malinovski 2024-cü ilin yanvarından “Cenoa”da çıxış edirdi. Ukrayna millisinin üzvü 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 35 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



