Maldini: “Çempionluğa yaxınıq”

“Milan”ın texniki direktoru Paolo Maldini komandanın İtaliya çempionatının qalan oyunları ilə bağlı danışıb.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən Maldini, çempionluğa yaxın olduqlarını bildirib:

“Komandada sakitlik hissi yaratmaq vacibdir. Qarşıda cəmi iki oyun qaldığından, çempionluğa yaxınıq. Bunlar asan oyunlar deyil. “Verona” ilə görüş də asan olmadı. Növbəti turda qarşılaşacağımız “Atalanta”nın oyununa baxdım, onlar hələ də Avropaya meydan oxuyurlar. “San Siro”da təzyiq altında olacağıq, amma bacaracağıq”.

A Seriyasının bitməsinə iki tur qalmış “Milan” 80 xalla turnir cədvəlinə başçılıq edir. İkinci sıradakı “İnter”in 78 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button