Mahirsiz “Dinamo” səfərdə xal itirdi

Futbol üzrə Xorvatiya çempionatında 14-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Split “Hayduk”u ilə qarşılaşıb və meydanı heç-heçə ilə tərk edib – 1:1.

Mahir bu görüşün iştirakçısı olmayıb. Koronavirusa yoluxmuş azərbaycanlı futbolçunun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

“Dinamo” 14 turdan sonra 35 xalla zirvədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button