Mahir qol vurdu, “Dinamo” yenə darmadağına sevindi

Xorvatiya çempionu “Dinamo” yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb təmsilçisi Sloveniyanın “Nafta 1903” komandası ilə üz-üzə gəlib.

Xorvatlar bu görüşdə darmadağına seviniblər – 3:0. Mahir də bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra, 46-cı dəqiqədə meydana buraxılıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da 83-cü dəqiqədə Emreli vurub.

Xatırladaq ki, “Dinamo” ilk sınaq matçında Şimali Makedoniyanın “Şkendiya” komandasına da 3:0 hesabıyla qalib gəlmişdi.