Mahir ötürmə etdi, “Legiya” qələbə qazandı – video

Polşa Ekstraklasasında 16-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” doğma meydanda “Yaqelloniya”nı qəbul edib. Oyun Varşava təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Mahir Emreli bu oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. 24 yaşlı hücumçu komandasının vurduğu qolun ötürməsini verib.