“Unudulmuş Mahir Emreli “Hayduk”a qarşı oynamağa hazır ola bilər”

Xorvatiya mətbuatı “Dinamo” (Zaqreb) klubunun azərbaycanlı hücumçusu Mahir Emrelinin meydana qayıdacağı ehtimalını qeyd edib.

Komanda.az xəbər verir ki, “Germanijak” portalı millimizin forvardının 30-cu turda “Hayduk”la matçda meydana çıxa biləcəyini yazıb:

“Onsuz da unudulmuş Mahir Emreli, eləcə də uzun müddət meydanda olmayan Marko Bulat “Hayduk”a qarşı oynamağa hazır ola bilər”.

“Dinamo” 26 turdan sonra 54 xal qazanıb və üçüncü pillədədir. “Riyeka” 27 oyundan 59 xalla liderdir. “Hayduk” 55 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button