Mahir Emreli “Legiya” ilə ilk titulunu qazana bilər – bu gün

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” bu gün Polşa superkuboku uğrunda oyuna çıxacaq.

Komanda.az xəbər verir ki, ötən mövsümün çempionunun rəqibi ölkə kubokunu qazanmış “Rakuv” olacaq.

Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Mahir “Legiya”nın heyətində keçirdiyi iki rəsmi oyunda eyni sayda qol vurub və bir məhsuldar ötürmə edib. Hər iki qarşılaşma Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə təsadüf edib.