Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubunda noyabr ayının ən zəif futbolçusu seçilib.
Komanda.az xəbər verir ki, 24 yaşlı futbolçu “Legionisci” nəşrinin versiyasına əsasən, komanda yoldaşı Mattias Yohanssonla birgə -4 xala layiq görülüb. Mahir oktyabr ayında da ən zəif iki futbolçudan biri olmuşdu.
Varşava təmsilçisinin argentinalı yarımmüdafiəçisi Jozue isə 3 xalla noyabrın oyunçusu seçilib.
“Legiya” noyabr ayında keçirdiyi 5 oyunun 4-də uduzub. Komanda yalnız Ekstraklasanın 16-cı turunda “Yagelloniya”nı məğlub edib – 1:0.