Mahir “Dinamo” azarkeşləri ilə görüşəcək

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun azarkeşləri ilə görüşəcək.

Komanda.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin rəsmi saytı məlumat yayıb. Görüş aprelin 26-da – “Dinamo”nun yaranmasının 111-ci ildönümündə təşkil olunacaq.

“Dinamo” 111-ci öldönümü məqsədilə Zaqrebin mərkəzində şənlik təşkil edəcək. Fanatlar orada həm oyunçularla ünsiyyətdə olacaq, həm də əyləncəli proqramları izləyəcək.

“Dinamo” bu gün Xorvatiya çempionatının 9-cu turunda təxirə salınmış matçda “Hayduk”un qonağı olacaq. Oyun saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button