Mahir baş məşqçi ilə söhbət etdi, ilk məşqinə çıxdı

Azərbaycanlı hücumçu Mahir Emreli Türkiyənin “Konyaspor” komandası ilə ilk məşqinə çıxıb.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşq başlamamışdan əvvəl Emreli və klubun digər yeni transferi Marlos Moreno kollektivə təqdim edilib. “Konyaspor”un baş məşqçisi Aleksandar Stanoyeviç onlarla söhbət edib.

Baş məşqçi yeni gələnlərdən gözləntilərini bölüşüb.

​Türkiyə Super Liqasında yaranmış fasilə səbəbindən “Konyaspor” fevralın 22-də “Gənclərbirliyi” ilə yoxlama oyunu keçirməyi planlaşdırır.

Mahir bir neçə gün əvvəl Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan icarə əsasında “Konyaspor”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button