Mahir ad günündə qol vurdu, “Dinamo”nu məğlubiyyətdən xilas etdi

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi Xorvatiya çempionu Slovakiyanın yüksək liqa təmsilçisi “Spartak”la (Trnava) qarşılaşıb.

Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Mahir də bu görüşün iştirakçısı olub. O, ikinci hissənin əvvəlində meydana buraxılıb. Komandasının sonuncu qolunu da 90-cı dəqiqədə məhz Mahir vurub və matçın yekun nəticəsini müəyyənləşdirib – 3:3.

Xatırladaq ki, bu gün 25 yaşı tamam olan Emreli bundan əvvəl Sloveniyanın 2-ci liqasında mübarizə aparan “Nafta” ilə oyunda da (3:0) 1 qol vurmuşdu.