“Tottenhem”in istəyi bir qələbə qazanmaqdır

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi komandanın Premyer Liqada qalmaq uğrunda ciddi təzyiq altında olduğunu etiraf edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandanın qarşısına əsas məqsəd kimi hazırda bir qələbə qazanmaq qoyulduğunu bildirib:

“Düşmə qorxusu? Bəli, bu problemdir. Hazırda məqsədimiz bir qələbə qazanmaqdır, bundan sonra vəziyyət dəyişəcək”.

“Tottenhem” yeni baş məşqçisi ilə martın sonunda uzunmüddətli müqavilə imzalayıb. Onun komandası son turda “Sanderlend”ə 0:1 hesabı ilə uduzub və turnir cədvəlində düşmə zonasında – 18-ci pillədə qərarlaşıb. Komandanın hesabında 30 xal var və 17-ci yerdən 2 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button