Lukaku: “Mən fərdi sahibkar-filan deyiləm”

“İnter”in hücumçusu Romelu Lukaku UEFA Çempionlar Liqasının 1/8 finalının “Portu” ilə oyunundan sonra (1:0) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu qələbə qazandıqları üçün sevincli olduğunu deyib:

“Qələbə qazanmaq vacib idi. İkinci qolu da vurmaq istəyirdik. Şadam ki, komandama kömək edə bildim. Mən fərdi sahibkar-filan deyiləm, hər şeyi “İnter” üçün edirəm. Qələbə üçün sevinirəm”.

“Portu” – “İnter” cütünün cavab qarşılaşması martın 14-də Portuqaliyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button