“Baş məşqçimizlə fəxr edirəm” – PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın baş məşqçisi Luis Enrikenin işi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssislə fəxr etdiyini deyib:

“Mən çox yaxşı iş görən məşqçimizlə fəxr edirəm. O, bütün bunları yaratmaqda heyrətamiz bir iş görür. Söhbət təkcə nəticələrdən deyil, həm də necə oynadığımızdan, strategiyamızdan, baxışımızdan gedir. Biz çox xoşbəxtik”.

PSJ 25 oyundan 56 xal toplayaraq Fransa çempionatının turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button