“Məğlub olmağı da bacarmaq lazımdı” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri cavab oyununu (2:1, ilk oyun 0:1) şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Rəqibi təbrik edirəm. Hər zaman demişəm ki, kubok oyunları çempionatdan fərqlənir. Düşünürəm ki, futbolçularım yaxşı oynadılar. Bir epizodda diqqətsizliyə yol verdik və qapımızda qol gördük. Uşaqlar qalib gəlmək üçün çalışdılar. Məğlub olmağı da bacarmaq lazımdı. Futbolçularımın yanındayam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button